Gəncədə andiçmə mərasimi keçirilib. Bu haqda 24 may tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Mərasim Gənclər və İdman Nazirliyinin müvafiq əmrindən sonra təşkil olunub. Burada Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək dövlət qulluqçularına göstərilən diqqət və qayğıdan danışıb.
Daha sonra Dövlət orqanında yeni vəzifələrə təyin olunmuş əməkdaşlar – Gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev və Kadrlar üzrə məsləhətçi Günel Abbasova “Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə, var gücü ilə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə” and içiblər.
Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib.