Gəncəli yeniyetmələr üçün düşərgə təşkil olunacaq. Bu haqda 23 avqust tarixində BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinə (UNFPA Azerbaijan) istinadən məlumat veririk.
Fondun təşkilatçılığı və “Forest School Azerbaijan”-nın dəstəyi ilə keçiriləcək “Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” adlı düşərgə Mingəçevirdə baş tutacaq. Tədbir 6-9 sentyabr tarixlərində təşkil olunacaq. Burada Gəncədən olan 15-18 yaşlı oğlanlar iştirak edə bilər.
Düşərgənin keçirilməsində məqsəd gənclərin iştirakçılığı yolu ilə qız uşaqlarına münasibətdə cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılmasına və qız övladının dəyərinin təşviqinə dəstək verməkdir. Burada “Cins və gender”, “Məsuliyyətli atalıq”, “Gender bərabərliyi”, “Gender əsaslı cins seçimi və gender əsaslı zorakılıq” mövzularında təlimlər baş tutacaq.
İştirak üçün aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat linki: https://bit.ly/3AGVJdB.
Qeyd edək ki, burada Gəncə ilə yanaşı Qax, Lənkəran, Mingəçevir, Bakı, Sumqayıt, Ağsafa və Tovuzdan olan iştirakşçılar olacaq.