Gəncədə rəsm üzrə master-klas keçiriləcək. Bu haqda 25 aprel tarixində Art garden Ganja-ya istinadən məlumat veririk.
Ustad dərsi 30 aprel saat 12:00-da Art Garden Ganja-da baş tutacaq. Master-klasda parça üzərində rəsm çəkmək öyrədiləcək. Burada iştirakçılar geyimlər, çanta və ümumiyyətlə, parçadan olan əşya və aksesuarların üzərində rəsm çəkəcəklər.
Tədbirdə iştirak ödənişsizdir. Qatılmaq üçün (055) 936 30 17 nömrəsi vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Master-klas Vaqif küçəsi, 160 ünvanında keçiriləcək.