Gəncədə təqdimat baş tutub. Bu haqda 18 noyabr tarixində İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər veririk.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Skillwill” neoakademiyasının “Technest” Təqaüd Proqramı çərçivəsində tədbir keçiriləcək. Onlayn kurslar vasitəsilə gənclər mütəxəssislər tərəfindən proqramlaşdırma sahəsində yeni bacarıqlar, şəbəkələşmə və karyera üzrə kouçinq imkanı əldə edəcəklər. Onlar, həmçinin praktiki bacarıqlarını gücləndirəcəklər.
Proqramla tanışlıqdan sonra test imtahanı keçirilib və yüksək nəticə toplayan gənclər təqaüd proqramında iştirak hüququ qazanıblar.