Gəncədə xaricdə təhsillə bağlı konfrans keçiriləcək. Bu haqda 11 noyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat veririk.
TİPx konfransı Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı ilə baş tutacaq. Burada spikerlər tələbələrlə xaricdə təhsil yolları və bunun gətirdiyi fürsətlər, karyeraya və ölkəmizə qatdığı dəyərlər, yolun çətinliyi, imkanları, müsbət tərəfləri barədə hekayələrini danışacaqlar.
Konfrans 18 noyabr, saat 14:00-da Yeni Azərbaycan Partiyasının inzibatı binasında baş tutacaq. Tədbirə Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan tələbələr, yeni məzunlar və gənclər qatıla bilərlər.
Qeydiyyat linki : shorturl.at/eHK38