Gəncədə gənclər üçün təcrübə proqramı mövcuddur. Bu haqda Gənclərin İnkişaf və Karyera mərkəzi məlumat paylaşıb.
Proqramın adı “Gənc kadr”dır. Gənclərlə iş sahəsində təcrübə qazanmaq istəyən 14-29 yaş arası hər bir kəs qatıla bilər.
Burada 4 ixtisas seçimi var:
- İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili;
- Tədbirlər və layihələr işinin təşkili;
- Təlim-tədris işinin təşkili;
- Könüllülərlə işin təşkili.
Təcrübə proqramı 3 ay davam edəcək və uğurla tamamlayan gənclərə sonda sertifikat veriləcək.
İştirak etmək üçün qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçmək lazım. Son müraciət tarixi 11 noyabrdır.