26.9 C
Gence
22.5 C
Ganja

Gənclər üçün ödənişsiz təlimlər olacaq

Gəncəli gənclər üçün təlimlərə qeydiyyat başlayıb. Bu haqda 25 iyul tarixində Baku Community Space-ə istinadən məlumat veririk.

Sosial Hüquqlar Mərkəzi tərəfindən “Azərbaycanda Sosial Təşəbbüslərin İnkişafı” layihəsi çərçivəsində layihələrin idarəedilməsi mövzusunda 5-7 avqust tarixlərində Bakı şəhərində təlimlər həyata keçiriləcək. Məqsəd gənc təşəbbüs qruplarının layihələrin yazılması və idarəedilməsi istiqamətində bacarıqlarını inkişaf etdirmək və bununla da onların təsir gücünün genişləndirilməsinə dəstək olmaqdır.

Layihə 3 mərhələdən ibarət olacaq. Onlar aşağıdakılardır:

  • “Layihələrin idarəedilməsi” mövzusunda 3 günlük davamlı təlimlər;
  • Layihə iştirakçılarından ibarət komandaların yaradılması və layihələrinin yazılmasına dəstək məqsədli mentorluq proqramı;
  • Qrantlara müraciətdə layihə iştirakçılarına dəstək.

Burada 18-29 yaş müəyyən təşəbbüs qrupunda fəaliyyət göstərən və ya göstərmiş, layihələrin yazılması və idarəedilməsi prosesini öyrənməyə motivasiyalı şəxslər iştirak edə bilər. Bunun üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək mütləqdir.

Son müraciət tarixi 28 iyuldur. İştirak ödənişsizdir.