Gəncədə gənclər üçün növbəti ekskursiya təşkil olunub. Bu haqda 14 aprel tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 2 nömrəli Gəncə Peşə Liseyinin müəllim və tələbələri Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Ekskursiya “Heydər Əliyev ili” çərçivəsində baş tutub.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova tələbələrə Heydər Əliyevin uşaqlıq və gənclik illəri, 1969-1982-ci illərdəki misilsiz fəaliyyəti, ordu quruculuğu, qədim Gəncə şəhərinin tarixi və bu günü haqqında ətraflı məlumat verib.