11.9 C
Gence
11.9 C
Gence

Gənclər Göygöl Milli Parkına səfər ediblər

Gəncədə gənclər üçün ekskursiya təşkil olunub. Bu haqda 18 mart tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.

“Diyarlarımızı tanıyaq” şüarı ilə turizm ekskursiyası Gənclər və İdman Baş İdarəsinin, Göygöl Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Göygöl Milli Parkı İdarəsinin dəstəyi ilə baş tutub. Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvləri və Göygöl rayonunun aktiv gəncləri Göygöl Milli Parkını ziyarət ediblər.

Ekskursiya zamanı Göygöl Milli Parkının əməkdaşları tərəfindən gənclərə qoruq barədə ətraflı məlumat verilib və onların Göygöl ətrafında gəzintisi təşkil olunub.

Ən Çox Oxunan