Gəncədə makrome üzrə master-klas keçiriləcək. Bu haqda 13 iyul tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“Makrome üslubunda asqılı divar naxışlarının hazırlanması” mövzusunda olacaq ustad dərsini Tikiş və Toxuculuq dərnəyinin rəhbəri Xatirə Məmmədova və memarlıq və dizayn üzrə mütəxəssis Ayşə Cəfərova keçəcək. Master-klas 15 İyul – Dünya Gənclərinin Bacarıqları Gününə həsr olunur. Təlim 15 iyul tarixində saat 15:00-da Gənclər Evində baş tutacaq.
İştirak üçün qeydiyyat vacibdir. Maraqlanan şəxslər qeyd olunan link vasitəsilə və ya (050) 350 99 67 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ustad dərsinə qatılan hər kəsə sonda sertifikat veriləcək.