Gəncədə psixoloji təlim keçiriləcək. Bu haqda 8 avqust tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Tədbir Psixologiya kursunun rəhbəri Sevda İbrahimova tərəfindən keçiriləcək. Təlimin mövzusu “Xarakterin aksentuasiyası – İnsanları tanı” olacaq. Seminar 12 avqust tarixində saat 11:00-da Gənclər Evində baş tutacaq.
Qatılmaq istəyənlər WhatsApp qrupuna qoşularaq qeydiyyatdan keçməlidirlər. İştirak ödənişsizdir.
Qeyd edək ki, Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.