Gəncədə universitet müəllimləri yarışa qatılıblar. Bu haqda 14 noyabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Gənclər Evində ali təhsil və orta ixtisas təhsil müəssisələrinin müəllimləri arasında stolüstü tennis yarışı keçirilib. Burada Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri də iştirak ediblər.
Yarışda ATU-nun müəllimləri ikinci yerə layiq görülüblər. Birinci və üçüncü yerləri isə müvafiq olaraq, GDU-nun və ADAU-nun müəllimləri tutublar.
Qeyd edək ki, stolüstü tennis yarışı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.