14.7 C
Gence
14.7 C
Gence

Gənclər bu dəfə “Gender bərabərliyi” təlimində iştirak ediblər

Gəncədə gənclər üçün maarifləndirici tədbir keçirilib. Bu haqda 23 yanvar tarixində Gəncə Gənclər Evinə istinadən xəbər veririk.

Gəncə GİKM və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan təlim “Gender bərabərliyi” mövzusunda keçirilib. Təlimdə “gender və cins anlayışları” “gender rolları”, “gender stereotiplər”, “gender inklüzivliyi”, “məntiqi səhvlər” mövzuları izah olunub və qrup işi təşkil olunub.

Təlim Gənclərin İnkişaf və Karyera Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə əməkdaşlığı ilə keçirilmiş “Gənclərlə işdə gender əsaslı yanaşmanın əhəmiyyəti” adlı təlim proqramının davamı olaraq təşkil olunub.

Ən Çox Oxunan