Gəncə gəncləri təlimdə iştirak ediblər. Bu haqda 17 dekabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Bədən Tərbiyəsi və İdman Akademiyasında region gəncləri üçün VEB və android proqramlaşdırma, sosial media marketinq, qrafik dizayn, mikrosoft ofis və help disk proqramları üzrə praktiki təlimlər təşkil olunub. Təlimin keçirilməsində məqsəd region gənclərinin İT biliklərinin təkmilləşdirilməsinə dəstək vermək, məşğulluq imkanlarını genişləndirmək, həmçinin gənclərin yaşadıqları regionları tərk etmədən, məsafədən iş tapmalarına dəstək verməkdir. Layihə çərçivəsində təlimdə Gəncə, Mingəçevir, Şirvan, Masallı, Göyçay, Balakəndən 243 nəfər iştirak edib.
Tədbir layihənin videotəqdimatı ilə başlayıb. Nazir Fərid Qayıbov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Görüş zamanı təlim istiqamətləri haqqında iştirakçıların fikirləri dinlənilib, təlimlərin nəticəsi, uğur hekayələri, eləcə də layihənin davamı barədə təkliflər səsləndirilib.
Sonda layihədə iştirak edən bütün iştirakçılara sertifikat təqdim olunub.