Gəncə gəncləri üçün təlimlər təşkil olunacaq. Bu haqda 7 aprel tarixində “Easy-Peasy Economics”ə istinadən məlumat veririk.
Görüşlər Avropa İttifaqının maliyyə dəstəyi ilə “Eastern Partnership Civil Society Facility” proqramı çərçivəsində “Easy-Peasy Economics”in təşəbbüsü ilə baş tutacaq. Bir ay davam edəcək proqram zamanı hər həftə iki dəfə rəqəmsal kommunikasiya, ictimai natiqlik kimi mövzularda təlimlər olacaq. Kursu uğurla bitirənlər komandalara bölünəcək, hazırladıqları proqram üzrə təlim keçmələri üçün kiçik maliyyə dəstəyi ilə təmin ediləcəklər.
Bundan əlavə, kontent yaratma ilə bağlı 3 onlayn sessiya olacaq. Hər təlimdə iştirak etmək zəruridir.
Həmçinin Gəncə şəhərindən olan 2 iştirakçının yol, yemək və qalmaq xərcləri qarşılanacaq.
Tələblər:
- İqtisadiyyat və oxşar sahədə təhsil;
- 18-25 yaş aralığında olmaq;
- Sosial-iqtisadi mövzulara maraq;
- Gələcəkdə “Easy Peasy Economics” komandası ilə əməkdaşlığa maraq;
- Təlimlərə məsuliyyətlə yanaşma;
- İngilis dili biliyi və təlim keçmək istədiyiniz sahə haqqında məlumatların olması üstünlükdür.
Təlimlər 22, 23, 29 ,30 aprel və 6 may tarixlərində Bakıda keçiriləcək.
Qatılmaq istəyən şəxslər 15 aprel saat 23:59-dək link vasitəsilə qeydiyyatdan keçməlidirlər.