Gəncədə gənclər üçün yeni layihə start götürəcək. Bu haqda 31 oktyabr tarixində GİKM-yə istinadən məlumat veririk.
“Proqramlaşdırma sahəsində peşə hazırlığı kurslarına təqaüd proqramı”na qeydiyyat aparılır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Skillwill” neoakademiyası “Technest” Təqaüd Proqramı çərçivəsində “Sıfırdan proqramlaşdırma” onlayn kurslarına 100 faiz təqaüd qazanmaq şansı təqdim edir. Layihənin müddəti 7 aydır.
Təqaüd proqramına aşağıdakılar daxildir:
- Proqramlaşdırma sahəsində yeni bacarıqlar;
- Praktiki bacarıqların gücləndirilməsi;
- Şəbəkələşmə imkanı;
- Mütəxəssislər tərəfindən karyera üzrə “kouçinq” imkanı əldə etmək şansı.
Layihənin məqsədi gəncləri təməl rəqəmsal savadlılıq və proqramlaşdırma bacarıqları ilə gücləndirmək, onların məşğulluq imkanlarını artırmaqdır.
İştirak üçün qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 2 noyabr saat 18:00-dır.