17.7 C
Gence
17.7 C
Gence

Gəncə: zibil qutuları boş olsa da, ərazi zibillənib

Gəncə sakinlərinin, əfsus, mütəmadi gördüyü mənzərə – zibil qutuları boş olduqları halda, ətrafa tullantılar səpilib. Bu haqda Gencexeber.az-a yanvarın 14-ü məlumat daxil olub.

Sözügedən hal Heydər Əliyev prospektində, “Alov” ticarət mərkəzinin qarşısında müşahidə edilir. Ərazidə zibillərin atılması üçün yer ayırılıb və qutular qoyulub. Buna baxmayaraq, ətrafa tullantılar səpilib.

Xatırladaq ki, 29 nömrəli orta məktəbin yanında təmizlik işlərinin görülməsi haqda məlumat vermişdik.

 

Ən Çox Oxunan