26.4 C
Gence
26.4 C
Gence

Gəncə: Zəlimxan Yaqubun əsərlərinin xülasəsi keçirilib

Gəncədə 21 yanvar tarixində kitab xülasəsi keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət mərkəzi məlumat paylaşıb.

Tədbir Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının ildönümü ilə bağlı təşkil olunub. Kitabxanaçı Afaq Bağırova onun həyat və yaradıcılığı haqda oxuculara qısa məlumat verib. Daha sonra Azərbaycana sevdalı vətəndaş-ziyalı obrazı yaratmış şairin “Seçilmiş əsərləri I,II hissələr”, “Peyğəmbər”, “Mən sənin qəlbinə necə yol tapım”, “Əbədiyyət dastanı”, “Mən öz dastanımı yazıb gəlmişəm”, “Qayıdaq əvvəlki xatirələrə” və s. kitablarının xülasəsini verib.

Qeyd edək ki, tədbirdə kitabxananın fəal oxucuları və GDU-nun tələbələri iştirak ediblər.

Ən Çox Oxunan