19.1 C
Gence
19.1 C
Gence

Gəncə: “Zəfərdən sonra” layihəsi çərçivəsində görüş keçirilib

Gəncədə “Zəfərdən sonra” adlı layihə çərçivəsində görüş keçirilib. Bu haqda Gencexeber.az-a 17 dekabr tarixində məlumat daxil olub.

Tədbir “Ramada Plaza”da baş tutub. Görüşdə şəhid yoldaşları və övladları ilə yanaşı Qeyri Hökümət Təşkilatlarının üzvləri də iştirak ediblər. Məqsəd Vətən müharibəsi dönəmində yaxınlarını itirmiş şəxslərə dəstək olmaqdır.

Layihə Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Qeyri Hökümət Agentliyinin dəstəyi ilə hazırlanıb.

Layihə çərçivəsində şəhid ailələlərinə psixoloji və hüquqi dəstəklə yanaşı məşğulluq proqlamlarına yönəldilməsi işləri görüləcək. Onların övladlarının keyfiyyətli təhsil almaları üçün isə yardım göstəriləcək.

Ən Çox Oxunan