Gəncədə yerləşən “36.6 Med Referans” klinikası 8 Noyabr – Zəfər Günü münasibəti ilə endirim aksiyası elan edib. Bu haqda tibb ocağının rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.
1-8 noyabr tarixlərində müraciət edəcək bütün pasiyentlər laborator analizlərə 15% endirim və ödənişsiz həkim qəbullarından faydalanacaqlar.
Genetik müayinələrə və xaricə göndərilən analizlərə aksiya şamil olunmur.
Endirim kompaniyası zamanı aşağıda adları sadalanan həkimlər tərəfindən ödənişsiz qəbullar keçiriləcək:
- Terapevt Niyaməddin Zalov
- Dermatoloq Səadət Aslanova
- Pediatr Ayana Hüseynova
İştirak etmək istəyən şəxslər öncədən qeydiyyatdan keçməlidirlər. Bunun üçün qeyd olunan nömrələr ilə əlaqə saxlamaq kifəyətdir:
- *0033
- +994 22 252 23 66
- +994 55 224 83 66
- +994 55 252 83 66
Qeyd edək ki, klinika Kəpəz rayonu, Atatürk prospekti, 120B ünvanında yerləşir.