Gəncədə güzəştli mənzillərin inşasının birinci mərhələsi başa çatıb. Bu haqda 11 iyul tarixində Gancapost.info-ya istinadən məlumat veririk.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı bildirib ki, Gəncə Yaşayış Kompleksində artıq 7731 mənzil inşa edilib. Hazırda tikintinin ikinci mərhələsi davam edir.
Qeyd edək ki, Lənkəran şəhəri və Sumqayıtda da yaşayış komplekslərinin tikintisi gedir.