24.7 C
Gence
24.7 C
Gence

“Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyi olub

Gəncədə zona birinciliyi keçirilib. Bu haqda 26 aprel tarixində FHN-ə istinadən məlumat veririk.

“Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən təşkil edilib. Məqsəd şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak edib. Müsabiqə “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Tovuz rayonu A.S.Puşkin adına tam orta məktəbin komandası I, Şəmkir rayonu Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbin komandası II, Qazax rayonu S.Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Ən Çox Oxunan