Gəncənin Mehmandarov küçəsində su xətti partlayıb. Bu haqda Gencexeber.az-ın müxbiri 24 avqust tarixində məlumat verib.
Müxbirimizin əldə etdiyi məlumata görə, oradakı ərazi “Xan arxı”-ın üstü adlandırılır. Daha dəqiq hadisə Milli marketin önündə baş verib.
Qeyd edək ki, hadisə yerinə “Azərsu” ASC-in əməkdaşları cəlb olunub. Hal-hazırda təmir-bərpa işləri gedir.