25.8 C
Gence
25.8 C
Gence

Gəncə: Xalq artisti Rafael Bayramovun baş dirijorluğu ilə konsert baş tutub

Gəncədə İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının növbəti konserti keçirilib. Bu haqda Gencexeber.az 18 oktyabr tarixində Azertag.az-a istinadən məlumat verir.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsert proqramı Xalq artisti Rafael Bayramovun baş dirijorluğu ilə keçirilib. Xalq artisti Sevinc İbrahimova, beynəlxalq müsabiqələr laureatı Fuad Muradov, Əməkdar artistlər Kəmalə Tağızadə və Tural Abdullayevin ifalarında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilib.

Ən Çox Oxunan