23 C
Gence
18.5 C
Ganja

“Gəncə Xalça Kombinatı” MMC-nin payları müsabiqəyə çıxarılacaq

Gəncədə iri müəssisə müsabiqə yolu ilə satılacaq. Bu haqda avqustun 16-sı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.

“Gəncə Xalça Kombinatı” MMC-dəki dövlət payının özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinə ümumi nominal dəyəri 12 milyon 956 min 500 manat olan 129.565 pay satışa çıxarılıb. Cəmiyyətin nizamnamə kapitalı 14 milyon 260 min manat, öhdəlikləri 447 min 543 manat, debitor borcu isə 152 min 866 manat təşkil edir.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 15 sentyabr 2022-ci il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətində aparılacaq. Qurum Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 ünvanında yerləşir.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi sentyabrın 16-sı saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

Qeyd edək ki, müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Ətraflı məlumatı link vasitəsilə keçid edərək əldə edə bilərsiniz.