24.8 C
Gence
24.8 C
Gence

Gəncə: valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir təşkil olunub

Gəncədə uşaq evinin sakinləri üçün tədbirlər keçirilib. Bu haqda məlumat Heydər Əliyev fondunun rəsmi səhifəsində paylaşılıb.

Uşaqlar üçün nahar süfrələri və əyləncə proqramı təşkil olunub. Onlara Fondun müxtəlif hədiyyələri çatdırılıb.

Paylaşımda qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də yaşlı nəslin nümayəndələri üçün mütəmadi olaraq tədbirlər təşkil edir.

 

Ən Çox Oxunan