24.7 C
Gence
24.7 C
Gence

Gəncə: vaksinasiya ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub

Gəncə Şəhər İcra Hakimiyyətində vaksinasiya prosesinin gedişatı müzakirə olunub. Bu haqda məlumat qurumun rəsmi Facebook səhifəsində yerləşdirilib.

Tədbirdə “Buster” (üçüncü) dozanın əhəmiyyətindən danışılıb. Şəhər ərazisində əhalinin peyvəndlənməsinin davam etdirilməsi haqda məlumat verilib.

Niyazi Bayramovun sədrliyi ilə təşkil olunan görüşdə vaksinasiya prosesinin gedişatı və qarşıda duran məsələlər müzakirə olunub. İclasda əsasən sakinlər arasında buster dozanın əhəmiyyəti ilə bağlı təbliğat işlərinin gücləndirilməsinin vacibliyinə toxunulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.

Ən Çox Oxunan