25.8 C
Gence
25.8 C
Gence

Gəncə və Göygöl skautları Şəhidlər Xiyabanını ziyarət ediblər

Gəncə və Göygöldən 40 skaut 23 sentyabr tarixində Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu haqda Gəncə Gənclər Evi rəsmi Facebook səhifəsində məlumat paylaşıb.

Tədbir zamanı gənclər şeirlər oxuyub, 44 günlük müharibədə əldə etdiyimiz zəfərimiz haqqında fikirlərini bildiriblər. Sonda şəhidlərimiz ziyarət olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır.

Ən Çox Oxunan