9.7 C
Gence
5.5 C
Ganja

Gəncə: uşaq poliklinikası yerləşən binada çatlar əmələ gəlib

Gəncədə yerləşən uşaq poliklinikasının binası qəzalı vəziyyətdədir. Bu haqda izləyicimiz 3 noyabr tarixində məlumat verib.

Uşaq poliklinikası şəhərin Fərhad Əliyev küçəsində, “Tekstilni” adlanan ərazidə yerləşir. Bizə təqdim olunan fotomateriallarda divarların çoxunda çatlar və boyanın töküldüyü müşahidə edilir.

Əldə etdiyimiz məlumata əsasən, bina istilik sistemi ilə təmin olunsa da, tikilinin divarları nəm çəkir. Onun bu vəziyyətdə fəaliyyət göstərməsi əksər sakinlərin narazılığına səbəb olur.

Daha öncə, təmirə ehtiyacı olan kollec binası haqda məlumat vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan