20.6 C
Gence
20.6 C
Gence

Gəncə Tibb Kollecində boş qalan yerlərə tələbə qəbulu başa çatıb

Gəncə Tibb Kollecində boş qalan yerlərə 4 ixtisas üzrə qəbul aparılıb. Bu haqda Gencexeber.az Azərtac-a istinadən məlumat verir.

11 illik təhsil bazası üzrə 2021-2022 dərs ili üçün təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu baş tutub. Gəncə Tibb Kollecinin dövlət sifarişi əsasında ən yüksək keçid balı olan ixtisası 129.5 balla əczaçılıq olub. Ödənişli əsaslarla ən aşağı keçid balı isə 105.1 olmaqla laboratoriya diaqnostikası ixtisasıdır.

Qeyd edək ki, kollecə boş qalan yerlərə əczaçılıq, laboratoriya diaqnostikası, tibb bacısı (qardaşı) işi və ortopedik stomatologiya ixtisasları üzrə qəbul aparılıb.

Ən Çox Oxunan