12.5 C
Gence
10.5 C
Ganja

Gəncə terrorunun ildönümü münasibəti ilə yürüş keçirilib

Gəncədə 15 oktyabr tarixində “Unudulmaz tarix” adlı yürüş keçirilib. Bu haqda Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

Gəncə Şəhər Təhsil İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə baş verən terror hadisələrinin ildönümü qeyd olunub. Yürüşdə şəhər ziyalıları, İcra Hakimiyyətinin nümayəndələri, universitet rektorları və məktəb direktorları iştirak ediblər.

İlk öncə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi yad edilib. Sonra Gəncə terrorunu əks etdirən şəkillər, plakatlar, şüar və bayraqlarla raket düşən əraziyədək yürüş keçirilib. Burada Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Bundan başqa vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, səhnəciklər göstərilib. Həmin əraziyə gül dəstələri, şamlar və oyuncaqlar qoyulub.

Mərasimin sonunda uşaqlar səmaya ağ şarlar uçurublar.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan