13 C
Gence
13 C
Gence

Gəncə terrorunun şəhidləri yad edilib

Gəncədə 11 oktyabr tarixində terror qurbanlarının xatirəsi anılıb. Bu haqda Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

Tədbirdə qurumun müdiri Anar Qədiməliyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov və digər qurumların nümayəndələri, qazilər və şəhid ailələri iştirak ediblər. Onlar həlak olan mülki vətəndaşların xatirəsini yad ediblər. Hadisə baş verən əraziyə gül dəstələri qoyulub.

Sonra şəhər 32 nömrəli tam orta məktəbdə “Tarix unudulmur” adlı tədbir baş tutub. Mərasimdə şəhid ailələri, qazilər və terrorun şahidi olan sakinlər çıxış ediblər. Şagirdlər Gəncə terroru ilə bağlı kompozisiyalar ifa ediblər.

 

Ən Çox Oxunan