24.1 C
Gence
24.1 C
Gence

Gəncə: “Tariximizi tarix yazanlar danışsın” layihəsi baş tutub

Gəncədə “Tariximizi tarix yazanlar danışsın” adlı layihəyə start verilib. Bu haqda Gencexeber.az 20 oktyabr tarixində Azertag.az-a istinadən xəbər verir.

Vətən Müharibəsi qaziləri Xaliq Bayramov və İdris Yolçuyev ilk tarix dərslərini 12 və 14 saylı məktəblərdə keçiriblər. Onlar döyüş yollarından danışıb, şagirdlərə Zəfər tarixi barədə ətraflı məlumat veriblər. Tədbir Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə baş tutub.

Layihə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin Gəncə şəhər şöbəsinin təşəbbüsü və Gəncə şəhər Təhsil İdarəsinin dəstəyi ilə təşkil olunub.

Ən Çox Oxunan