25.8 C
Gence
25.8 C
Gence

Gəncə: İT sahəsi üzrə təlimçilərin hazırlığı keçiriləcək

Gəncədə informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir. Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi səhifəsində, 7 sentyabr tarixində paylaşım edilib.

Təlimlərə qoşulmaq istəyənlərdən İT sahəsi üzrə minimum iki il iş təcrübəsi və Gəncədə daimi yaşaması tələb olunur. Müraciət edən şəxslər öz CV-lərini təqdim etməlidirlər. Müraciətçilərin qeydiyyatdan keçməsi vacibdir. Son müraciət tarixi 30 sentyabrdır.

Təlimlərin əsas məqsədi İT mütəxəssislərin təlimçilik bacarıqlarını yüksəltmək və peşəkar təlimçilərin sayını artırmaqdır.

İT sahəsində təlimçilərin hazırlanması “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Ən Çox Oxunan