19.1 C
Gence
19.1 C
Gence

Gəncə: tələbələr kitabxana fonduna yeni daxil olan kitablarla tanış olublar

Gəncədə kitabxanada sərgi keçirilib. Bu haqda 12 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Abonement şöbəsində təşkil olunub. Sərgidə Azərbaycan, rus və ingilis dillərində müxtəlif elm sahələrini əhatə edən ədəbiyyat nümayiş olunub. Kitabxanaçı Səbinə Piriyeva oxuculara fonda yeni daxil olmuş 405 nüsxədən çox kitab haqda məlumat verib. İştirakçılar daha bir sıra əsərlərlə də tanış olublar.

Tədbirə şöbənin fəal oxucuları ilə yanaşı GDU tələbələri də qatılıb.

Ən Çox Oxunan