19 C
Gence
19 C
Gence

Gəncə: təhsil ocağı öz maliyyə hesabına tələbələrə təqaüd verir

Azərbaycan Dövlət Aqrar Universitetinə 500-dən çox balla daxil olan tələbələrə 250 manat təqaüd verilir. Bu haqda yanvarın 14-ü Report.az-a istinadən məlumat veririk.

Rektor İbrahim Cəfərovun sözlərinə görə, universitetə marağın artırılması məqsədilə bir çox tədbirlər görülür. Tələbələr üçün bir çox təşəbbüslər həyata keçirilir. 500 baldan çox bal toplayaraq daxil olan tələbələrə 250 manat təqaüd verilir. 400 baldan yuxarı bal toplayaraq qəbul olunanlara isə 150 manat verilir.

Cəfərov qeyd edib ki, bu təqaüd proqramı dövlətin verdiyi təqaüddən ayrıdır.

Ən Çox Oxunan