24.7 C
Gence
24.7 C
Gence

Gəncə: “Smart xanım” layihəsinə qeydiyyat başlayıb

Gəncədə yaşayan xanımlar yeni layihəyə qatıla bilərlər. Bu haqda 14 dekabr tarixində Gəncə Gəncləri məlumat paylaşıb.

18 yaşdan yuxarı xanımlar üçün nəzərdə tutulmuş “Smart xanım” layihəsi çərçivəsində iştirakçılar şəhəri tərk etmədən gələcəyin sahibkarı olmaq üçün fundamental baza biliklərə və ekspertlərə çıxış imkanı əldə edəcək, öz biznes ideyalarını real biznesə çevrilməsi üçün layihə üzərində real iş imkanı qazanacaqlar. Sonda qalib olan 3 ideyanın biznesə çevrilməsi üçün dəstək göstəriləcək.

Layihə aşağıdakı mərhələlərdən ibarətdir:

“Kəşf et” – Şəhərdə 1 günlük canlı tədbir;

“Öyrən” – İnkişaf proqramı;

“Tətbiq et” – Layihə üzərində iş;

“Parla” – 3 günlük Bootcamp tədbiri.

Proqram yanvar-may aylarını əhatə edəcək. Qatılmaq istəyənlər qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 19 dekabrdır.

 

Ən Çox Oxunan