Gəncədə sakinlər bu marşrut xəttinin avtobusunun vəziyyətindən narazıdırlar. Bu haqda Gencexeber.az-a 23 aprel tarixində məlumat daxil olub.
Söhbət Gülüstan qəsəbəsinə gedən 5 nömrəli marşrut xəttindən gedir. Sakinlərin sözlərinə görə, avtobusda oturacaqlar yararsız haldadır.
“Ayaq üstə gedəndə oturacaqların başından tutmaq olmur. Oturanda da narahatdır. Oturacaqlar cırılıb, içliyi isə dağılıb”,- deyə onlar bildirir.

