25.3 C
Gence
25.3 C
Gence

Gəncə sakinləri ictimai nəqliyyatın uzun fasilələrlə çalışmasında narazıdır

Gəncədə sakinlər avtobusların axşam saatlarında gec-gec hərəkət etməsindən narazıdırlar. Bu barədə izləyicilərimiz məlumat verib.

Əldə etdiyimiz məlumata əsasən, sakinlər ictimai nəqliyyatdan günün birinci yarısı daha çox istifadə edir. Günün sonuna qədər isə marşrut xəttində avtobusların davamlı olaraq azaldılması müşahidə olunur.

Sakinlərin sözlərinə görə, axşam saat 20:00-dan sonra marşrut xətləri üzrə avtobuslar demək olar ki, işləmir. “Camaat əziyyət çəkir harasa gedib-gəlməkdə. Saatlarla avtobus gözləməli oluruq” – deyə onlar bildirirlər.

Daha öncə, avtobusların hərəkətində gecikmələr olmasından xəbər vermişdik.

Ən Çox Oxunan