24.7 C
Gence
24.7 C
Gence

Gəncə sakinləri şəhidin xatirəsinə zibilliyi təmizləyib yerinə ağac əkiblər

Yeni Gəncə qəsəbəsinin sakinləri şəhid xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə zibilliyi təmizləyib yerində ağac əkiblər. Bu haqda 16 sentyabr tarixində Gencexeber.az-ın müxbiri xəbər verib.

İşlər 42 nömrəli bağçanın yanında aparılıb. Orada tullantılar səpilmişdir. Zibillik sakinlər tərəfindən təmizlənib və yerinə ağaclar əkilib.

Əldə etdiyimiz məlumata əsasən, keçən il baş vermiş müharibə zamanı şəhid olmuş şəxs yaxınlıqda yerləşən binaların birində yaşayıb. Sakinlər bu təşəbbüsü onun xatirəsini əbədiləşdirmək üçün göstəriblər.

Qeyd edək ki, ağaclar Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşı tərəfindən sakinlərə hədiyyə edib.

Ən Çox Oxunan