Gəncədə əhalinin orta aylıq maaşı açıqlanıb. Bu haqda 18 avqust tarixində Fed.az-a istinadən məlumat veririk.
Dövlət Statistika Komitəsi cari ilin ilk yarısı üçün statistikanı paylaşıb. Belə ki, Gəncə şəhəri üzrə yanvar-iyun aylarında əhalinin orta aylıq nominal əməkhaqqı 610 manat 50 qəpik təşkil edib. Həmçinin, paylaşılan məlumatlara əsasən, hər min nəfərdən 46-sı muzdla çalışıb.
Qeyd edək ki, ən son sırada aylıq 448 və 471 manatla Qax və Zaqatala rayonları yer alır.