24.7 C
Gence
24.7 C
Gence

Gəncə sakinləri 900 milyon manatlıq alış veriş ediblər

Gəncədə cari il ərzində 900 milyon manata yaxın müxtəlif növ mallar satılıb. Bu haqda 7 dekabr tarixində Marja.az-a istinadən məlumat veririk.

Gəncə Şəhər Statistika İdarəsindən verilən məlumata görə, şəhər ərazisində 541 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. 329 milyon manat məbləğində isə qeyri-ərzaq malları sakinlər tərəfindən alınıb.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alışı 4,1%, qeyri-ərzaq malları üzrə isə 3,3% artmışdır.

Ən Çox Oxunan