19 avqust tarixində, Gencexeber.az olaraq Adil xan Ziyadxanov küçəsində yerləşən 29 nömrəli məktəbin ətrafında yaranmış zibilliyi işıqlandırmışdıq.
Müxbirimizdən əldə etdiyimiz məlumata əsasən, aidiyyatı orqan əməkdaşları ərazini tullantılardan təmizləyiblər. Bu haqda Gencexeber.az-ın müxbiri 26 avqust tarixində xəbər verib.
“Ərazi təmizlənsə də, təqdim etdiyimiz şəkildə yeni atılmış zibil torbaları görünür. Bu cür hallar davam etsə ərazi yenə zibilliyə çeviriləcək” – deyə, sakinlərdən biri əlavə edib.
Qeyd edək ki, daha öncə tullantı qabları mövcud olsa belə, onlar dolub və ətrafına zibil dağıdılmışdır. Məktəbin yanında təmizlik işləri uzun müddətdir ki aparılmırdır.