25.8 C
Gence
25.8 C
Gence

Gəncə sakininin hər kəsi valeh edən retro-avtomobili

Gəncə sakini Vaqif Əhmədov, 1953-cü il istehsalı olan QAZ-67 markalı retro-avtomobilin sahibidir.  Köhnə olmağına baxmayaraq, avtomobil tam işlək vəziyyətdədir. Yerli sakinlər avtomobili toy şənlikləri zamanı kirayə götürürlər.

Əhmədov uzun illərdir ki köhnə sovet avtomobillərinə maraq göstərir və bildirir ki, köhnə avtomobilləri sürərkən, sanki əvvəlki illərə qayıdır. Onun sözlərinə görə, avtomobili aldıqdan sonra heç bir hissəsi dəyişilməyib, ancaq motorla xırda problemləri olub. Yaşına baxmayaraq, avtomobil dözümlülüyü ilə seçilir. Avtomobilin belə işlək vəziyyətdə qalması ona göstərilən xüsusi diqqətin nəticəsidir.

Insanlar  avtomobilə tez-tez yaxınlaşıb şəkil çəkdirirlər. Əhmədov istəyirki avtomobili yaddaşlarda qalsın, televiziya şoularında və filmlərdə çəkilsin.

 

Ən Çox Oxunan