Gəncənin Atatürk prospektində yerləşən plastik ayna-qapı sexinin sahibi, şəxsi obyektinin önünə şəhidlərin və müharibə qəhrəmanlarının rəsmi əks olunan şəkil yapışdırıb.
Poçt qəsəbəsinin mərkəzində, 7 nömrəli avtobusun son dayanacağında isə şəhidlərin portretləri əks olunan xatirə lövhələri qoyulub. Plakatlardan birinin üzərində “Vətəni sevməyən insan olmaz, olsada o şəxsdə vicdan olmaz” yazılıb.
Gəncənin müxtəlif küçə və prospektlərində şəhidlərin xatirə lövhələri, şəkilləri və plakatları yerləşdirilir. Bu cür təşəbbüslər bu ilin əvvəlindən geniş miqyaslı hal alıb.
Bundan əvvəl, 4 sentyabr tarixində şəhər ərazisində şəhidlərin xatirəsinə qoyulan lövhələr haqqında xəbər vermişdik.

