24.7 C
Gence
24.7 C
Gence

Gəncə sakini öz hesabına şəhid abidəsi inşa etdirib

İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Təbriz küçəsində xatirə abidəsi, Vəli Xuluflu küçəsində isə ehsan bulağı tikilib. Bu haqda Gencexeber.az-ın müxbiri 3 sentyabr tarixində xəbər verib.

Əldə etdiyimiz məlumata əsasən, şəhid Cavid Əliyev adına inşa edilən abidə daş körpünün kruqu adlanan ərazidə yerləşir. Tikinti Gəncəli iş adamı tərəfindən maliyyələşdirilib. Orada çalışan usta köməkçisi ilə birlikdə abidənin aqlayını 3 gün ərzində hazırlayıb.

Şəhid Şahlar Nağıyev adına ehsan bulağı Kəpəz rayon məhkəməsinin yanında inşa edilib. Tikinti şəhidin ailəsi hesabına reallaşıb.

Daha öncə, 31 avqust tarixində Gəncədə şəhidimizin adına tikilən bulaqlar haqqında məlumat vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan