24.8 C
Gence
24.8 C
Gence

Gəncə sakini olan rəssam 30 ildir ki, bu sənətdədir

Gəncə sakini 30 ildir ki, rəssamlıqla məşğuldur.

55 yaşlı İlqar Quliyev 1986-1992-ci illərdə Sankt-Peterburq şəhərində Vera Muxina adına rəssamlıq məktəbində təhsil alıb. O, rəssamlıqla yanaşı keramika sənəti ilə də məşğul olub. 2009-cu ildən sənətkar Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Rəssam 2010-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar universitetində müəllim işləyib. O, bir çox görkəmli şəxslərin portretlərini çəkib. Lakin sənətkar peyzaj janrına üstünlük verir. Quliyev beynəlxalq sərgilərdə iştirak edib. Onun əsərləri Gəncədə tədbirlərdə nümayiş olunur.

Hazırda İlqar müəllim Zərdabi küçəsi, 41 ünvanında yerləşən emalatxanasında işləyir. Rəssam şifarişlər də qəbul edir. Onunla (050) 352 77 55 nömrəsi ilə əlaqə saxlamaq olar.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan