22.5 C
Gence
22.5 C
Gence

“Gəncəsənət” adlı yaradıcılıq sərgi-yarmarkası baş tutacaq

Gəncədə 17-18 sentyabr tarixində “Gəncəsənət” adlı yaradıcılıq sərgi-yarmarkası keçiriləcək. Layihə Filarmoniya bağı və Urban Mərkəzində təşkil olunacaq.

Layihənin məqsədi sənətçilərlə potensial alıcıları bir araya gətirməkdir. İncəsənətin istənilən növləri ilə peşəkar və həfəskar şəkildə məşğul olan insanlar əl işlərini sərgiləyəcəklər. Qeydiyyat 15 sentyabradək davam edəcək.

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisi təşkil edəcək sərgi-yarmarkasına Gəncə Maarif evi, Cavad Xan Tarix və Mədəniyyət Fondu tərəfdaşlıq edəcək.

Qeydiyyat üçün (055) 250 93 39 nömrəsi ilə əlaqə saxlamaq olar.

Ən Çox Oxunan