14.3 C
Gence
14.3 C
Gence

Gəncə: şəhidin adına bulaq açılıb

Gəncə şəhəri Totanlı küçəsində, şəhid Oqtay Məmmədov adına ehsan bulağı açılıb. Bu haqda bu gün, 9 avqust Gencexeber.az müxbiri xəbər verib.

Açılış zamanı şəhidin şərəfinə ehsan verilib. Bulaq şəhidin yaxınları tərəfindən tikilib.

Oqtay Məmmədov ikinci Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır. Füzuli və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 8 noyabr 2020-ci il tarixində Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan