27.5 C
Gence
27.5 C
Gence

Gəncə regional Dövlət Yanğın Nəzarəti idarəsi tədbir keçirib

Gəncədə Dövlət Yanğın Nəzarəti Xidməti 17 sentyabr tarixində maarifləndirmə tədbirləri keçirib. Bu haqda məlumat Fövqəladə Hallar nazirliyinin rəsmi saytında paylaşılıb.

Gəncə regional Dövlət Yanğın Nəzarəti idarəsi Gəncə Dövlət Universitetində maarifləndirmə tədbirləri keçirib.

Görüş zamanı təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələri ilə işləmə qaydaları, yanğına ilkin müdaxilə haqda və yanğın zamanı tələbələrin təxliyyəsi barədə danışılıb.

Cavabdeh şəxslərin diqqətinə çatdırılıb ki, bina və qurğular normativ sənədlərin tələblərinə uyğun olaraq yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Ən Çox Oxunan